ŞARL BODLER.  BAŞƏYMƏZ                              

 

бодлер

   (Le Rebelle)

Qəzəbli bir mələk səmadan enib qartal tək.
Şığıdı kafirin üstə, saçını çəngələdi.

“Biləsən, silkələyib söyəldi, Qanunu gərək!

(Səni sevən mələyindir önündə!) İş belədir:

 

Qaşqabaq tökmədən, danışmadan gərək sevəsən,
Kasıbı, eybəcəri, canini, cüvəllağını.

Toxuyarsan elə bil xalça nəcib eşqlə sən,

Və sərərsən ayağı altına həzrət İsanın.

 

Bax, budur Eşq! Közərirkən hələ qəlbində alov,
Tanrı cəlalına yandır içində şövqdən od;
Bu bir həqiqi Səfadır ki, tükənmək bilmir.
Və Mələk, şübhəsiz ki, istədiyindən eləcə,

Yekə yumruqlarıyla çırpır onu var güclə.
İnadla “İstəmirəm!”söyləyir ancaq kafir.

 

Təxminən 1861-ci il

 

Fransızcadan tərcümə

06-07.2018

Samara

Реклама