ŞARL BODLER. BÜTPƏRƏSTİN DUASI

бодлер

  (La Prière d’un païen)

Aman, soyutma sən alovlarını,
Qoy isitsin qırov enən sinəmi,

Eşit məni, ilahə, yalvarıram,
Həm könül nəşəsi, işgəncəsən həm!

 

Hava tək sən həmişə hər yerdə,
Alışırsan yerin altında da sən.
Eşit bu təntənəli şərqini də,
Gəlir o, intizarlı qəlbimdən.
Ləzzətim! Daim ol məleykə mənə,

Bəzən, oxşat özünü bir sirenə[i],

Yarı ətdən geyim yarı da məxmərdən.

Ya da axıt, gətir dərin yuxu sən,
Sirli, amorf şərabla gözlərimə,

Həm könül ləzzəti, fantomsan həm!

 

Fransızcadan tərcümə

18-19.05. 2018

Samara

 

[i] Dənizçiləri başdan çıxarıb qayalıqlara aparan qadınlardan ya qanadlı varlıqlardan hər biri

 

Реклама