FÜZULİ VƏ…BODLER. GÜNƏŞ HƏR YERDƏ GÜNƏŞDİR…

Ay doğar, ulduz yanar sanma ki; göy dehqanının,
Gecə ahim dağıdar gündüz yığılmış xırmanın,

Yaddaşla yazdığım, yəqin ki, hardasa təhrif etdiyim Füzuli beyti ədəbiyyat dərsliklərində parlaq metafor nümunəsi kimi sitat gətirilirdi.Məlumdur ki, “gündüz yığılmış xırman “ – günəşdir. Oxşar metaforu Bodlerin kiçik xatirə şeirində gördüm:

Et le soleil, le soir, ruisselant et superbe,
Qui, derrière la vitre où se brisait sa gerbe…

Axşam… uşaq günəşi pəncərə dalında görür. “Günəşin dərzi dağılıb”… Əlbəttə, dərz xırman deyil ancaq bənzətmə oxşarlığı şübhəsizdir…

Və yəqin ki, günəşi, günəş şüalarının zəmiyə, taxıla, xırmana, dərzə oxşadan təkcə Füzuli və Bodler deyil, bina görə bu oxşarlıqdan uzağa gedən nəticələr çıxarmağa dəyməz. Ciddi şeir bilicisi üçün bəlkə də belə metaforlar bayağılıqdır…

03.06. 2018

Samara

Реклама