ŞARL BODLER. İNDİ DƏ YADIMDADIR, ŞƏHƏR HƏNDƏVƏRİNDƏ…

бодлер

Je n’ai pas oublié, voisine de la ville

İndi də yadımdadır, şəhər həndəvərində,
Balaca, ağ evimiz, sakit, yox gəlib-gedən.

Gips Pomonanın da, qoca Veneranın da,

Örtürdü ayıbını sısqa meşəlik orda.

Və günəş axşamçağı, əzəmətli və parlaq,
Durur,  gündüz yığdığı xırmanı dağıdaraq.

Baxır maraqla dolu iri gözüylə göydən,
Necə nahar edirik səssiz və tələsmədən.

Muma bənzəyən gözəl şüalarını düzər,
İpək pərdələri və sadə süfrəni bəzər.

 

Franslzcadan tərcümə

31.05 – 01.06. 2018

Samara

Реклама