Le Tonneau de la Haine
Bir çəlləkdir ki Nifrət, doludur Danaidlə,
Bura güclü, qırmızı əlləriylə İntiqam,
Toranda başılovlu vedrə-vedrə əndərir,
Ölənlər axıtdığı göz yaşları, tər və qan.
Gizli deşiklər açıb İblis bu girdabdasa,
Onlardan axıb gedir min illərin qan-təri.
Əgər qurbanlarını cana gətirə bilsə,
Yenə də Nifrət sıxıb, qanlarını çəkərdi.
Nifrət əyyaşa bənzər meyxana küncündəki,
Təşnəsi şiddətlənər, çox içərsə nə qədər,
Kəsildikcə çoxalan Lerna hidrası kimi.
Bəxtəvər əyyaş bilir xumarlıqdan yenilər,
Yaslı tale yazılıb Nifrətinsə adına,
Yuxuya getməz heç vaxt girib masa altına.
Fransızcadan tərcümə
11.06. 2018
Samara