Élévation
Qanadlanıb göllərin, çöllərin üstdən uçan,
Dağı, meşəni yaran, buludları dalayan,
Günəşi aşıb gedən, efirləri adlayan,
Ulduzlu aləmlərin zirvələrindən keçən
Ruhum, yeyin və qıvraq həmişə yürüyürsən.
Dalğalarla qol-boyun mahir üzgüçülər tək.
Fərəhlə baş vurursan sonsuz dərinliklərə,
Qızğın ehtirasının tapılmaz ifadəsi.
Torpaq üfunətindən uzaqlara, uç, ucal,
Ali hava qatında çıxar özünü safa,
Və o şəffaf odu ki, yayılıb fəzalara,
İlahi cövhər kimi sümür məst olanacan.
Həyatımıza hopan, günümüzü qaraldan,
Qüssələr və tükənməz küsülər güc gələrsə,
Bəxtəvər o adamdır nurlu, dinc düzənlərə,
Şığıyaraq üz qoyur əzmli qanadıyla.
Bəxtəvər o adamdır, torağay kimi fikri,
Səhər tezdən göylərə üz tutur, qanadlanır.
— Kim üstündə həyatın süzür, asan anlayır,
Təbiətdə lal nə var, dlini çiçəklərin.
Fransızcadan tərcümə
17.06. 2018
Samara