ŞARL BODLER. YALANIN MƏHƏBBƏTİ

бодлер

L’Amour du mensonge

Görəndə ki, keçirsən, əzizim, saymazyana,
Musiqinin tavanda ölən sədası altda

Ləngərli yerişindən duyulur nigaransan,
Gəzdirirsən qüssəni dərin baxışlarında.

 

Görəndə qaz işığı oynayır sənin ağ və
Xəstə cazibə ilə bəzədilmiş üzündə.

Axşam məşəllərindən orda alışır şəfəq,

Portretdəki kimi cəlbedici gözün də.

 

Deyirəm: “Nə gözəldir! Qəribə təzətərdir!

Nəhəng, dolğun xatirə, şahanə qüllə sayaq,

Çiynindədir, ürəyi şaftalı tək əzilib,

Yetişib bədəni tək, arifsə sevən ancaq.

 

Payız meyvəsisənmi, ali qoxulu, dadlı?

Göz yaşı intizarlı ya bir yas camısan sən?

Ya bir ətirsən, uzaq vadini xatırladan?

İncə, zərif balıncsan, çiçək dolu səbətsən?

 

Gözlərin bilirəm var ən qarasevdalısı,

Heç bir önəmli sirri gizləmir onlar indi.

Təbərrüksüz medalyon, mücrünün daş-qaşsızı,

Ah, göylər! Sizdən də boş, sizdən də dərindilər!

 

Fəqət bəs deyilmi ki, sən elə görüntüsən,
Həqiətdən yayınan ürəyi ovunduran.

Nə qəm ki, biganəsən, nə qəm ki, ya da kütsən,

Maska ya bəzək! Olsun! Gözəl, sənə heyranam.

 

Fransızcadan tərcümə

26-27.06. 2018

Samara

Реклама