J’aime le souvenir de ces époques nues
O lüt çağların mənə xatirəsi əzizdir
Heykəlləri Feb qızıl suyu ilə bəzərdi.
Qadınlar və kişilər qıvraq və igiddilər
Yalansız və təlaşsız həzz ala bilirdilər,
Onların kürəyinə günəş çəkirdi sığal,
Nəcib bir maşın kiim sazdılar, sağlamdılar.
Bərəkətli barıyla səxavətli Sibelsə,
Yetirirdi onlara nə arzu eləsələr.
Əsmər məmələriylə əmizdirən aləmi
Ürəyi sevgi dolu dişi canavar kimi.
Gözəl, sağlam kişinin onu kral tanıyan
Qadından, haqqı vardı özünü üstün saya;
Nə deşik, nə də çatlaq vardı meyvələrdə də,
Bərk, hamar dəriləri “bizi dişlə” deyərdi.
Anlamaq istəyərsə bu günlərin Şairi,
Qadının və kişinin çılpaq dolaşdıqları
Təbii əzəmətlə dolu olan yerləri,
Elə bilər qəlbinə əsir ölüm yelləri,
Dəhşət dolu tablonun qabağında duraraq,
Görür paltarsızları, monstırdılar ancaq
Ah, eybəcər bədənlər! Gülməli müqəvvalar,
Tökülmüşlər, əyrilər, qarınlılar, arıqlar,
Devant ce noir tableau plein d’épouvantement.
Ô monstruosités pleurant leur vêtement!
Ô ridicules troncs! torses dignes des masques!
Ô pauvres corps tordus, maigres, ventrus ou flasques,
Faydalılıq Tanrısı, sakit, amansız həm də,
Bürünclə bələkəyir sizi o, körpəlikdən.
Heyhat, siz ey qadınlar, rəngi mum tək ağaran,
Həm föhşlə dolanan, həm də föhşə yem olan
Analıq günahının varisi bakirələr,
Və bütün bu rəzil, iyrənc doğmalar-törəmələr!
Korlanmış millətlərik, həqiqətdir, bu, bəli,
Gözəliklərimiz də qədimlərdən fərqlidir;
Ürəyin qurdlarıyla çöhrələr gəmirilir,
Buna üzgün və xumar gözəllik də deyilir;
Yubanmış Muzaların bütün bu hoqqaları,
Çəkindirmir heç zamam azarlı tayfaları
Cavanlığa dərin bir hörmətlə yanaşmadan,
— Müqəddəs cavanlığa, sadə üzlü, mehriban,
Gözləri saf, işıqlı, elə bil axar sudur,
Azad və qayğıbilməz, gedəcək hara oldu
Göylərin göyü kimi, quşlar, çiçəklər sayaq,
Ətrini, nəğməsini, istisini yayaraq!
Fransızcadan tərcümə
29.06. 2018
Samara