ŞARL BODLER. EKZOTİK ƏTİR

бодлер

  Parfum exotique

İlıq payız axşamı gözlərmi qapayıb,
İsti sinəndən ətri sinəmə çəkən zaman,
Həmişəki günəşin oduyla işıqlanan,

Bəxtəvər qoşa sahil görürəm ki, parlayır.

 

Bir işrət adası ki, təbiətin əliylə,
Nəfis ağaclar bitir, dadlı meyvələri var,
Buranın kişiləri boy-buxunlu, qadınlar
Seçilir gözlərinin açıq ifadəsiylə.

 

Xoş ətrinlə gedərkən xoş iqlimlərə doğru,
Bir liman görürəm ki, yelkənlərlə doludur.

Görünür ki, yuyulmuş dəniz dalğalarından,

 

Yaşıl tamarindlərin qoxususa bu vaxtlar,
Dolar havaya, mənim burnumu da yandırar.

Dənizçi nəğməsinə ürəyimdə qatılar.

 

Fransızcadan tərcümə

02.07. 2018

Samara

Реклама