ŞARL BODLER. DİVANƏ

бодлер

           Le Possédé

Kreplə örtülübdür günəş, onun tək elə,
Ey həyatımın Ayı! Kölgələndir özünü

Yat, istəsən tüstülət, lal ol, turşut üzünü,
Ya da özünü Qüssə girdabına qərq elə;

 

Səni elə sevirəm! İstəsən ancaq bu gün,
Toranlardan sıyrılan tutulmuş ulduz sayaq,
Dəliliklə yoluxmuş yurda basasan ayaq,
Çox gözəl! Nəfis qılınc, sıyrıl qınındfan görüm!

Çıraqların oduyla işıqlansın gözlərin,
Baxışlarında istək yandır həyasızların,

Həmişə sevimlisən, həlim ol, qəzəbli ya;

 

İstəsən al şəfəq ol, istəsən qara gecə,
Bircə əza da yox ki, titrəyib qışqırmaya:
“Ah, əziz Belzebutum! Sənə heyranam necə!”

Fransızcadan tərcümə

07.07. 2018

Samara

Реклама