ŞARL BODLER: “TƏXMİNƏN ÜÇ GÜNDÜR Kİ, NƏ YATIRAM, NƏ YEYİRƏM…”

BODLER LETTRE.jpg

Anası ikinci nikahla batalyon zabiti Jak Upikə ərə gedəndən sonra Şarl Bodler çox  çətin uşaqlıq dövrü yaşamışdır. Şarl atalığına açıqca nifrət edirdi. Tezliklə pansiona göndərilib analıq istisindən  mərhum olandan sonra yazışma Şarlla anası arasında yeganə ünsiyyət bağı idi. Bu məktubda Bodler anasının onun həyatında necə mühüm yer tutduğunu təsdiq edir.

 

                                           6 may 1861

 

Əgər səndə doğrudan analıq istedadı varsa və sən onu hələ itirməmisənsə, Parisə gəl, gəl məni gör, hətta axtar da. Mənsə, min müdhiş səbəbdən, Honflörə gələ bilmərəm ki,  arzuladığım şeyləri axtaram — bir az cəsarət, bir az nəvaziş. Martın sonunda mən sənə yazmışdım: «Biz heç vaxt görüşmərik!» Mən elə böhran keçirirdim ki, belədə dəhşətli həqiqəti görürsən. Bilmirəm nələri verməyə hazıram ki, sənin yanında bir neçə saat ola biləm, həyatımın asılı olduğu yeganə varlığın yanında, səkkiz gün, üç gün, bir neçə saat…

Hər dəfə vəziyyətimi təsvir etmk üçün qələmi əlimə alanda mən qorxuram, səni öldürməkdən, sənin zəif bədənini mıhv etməkdən  qorxuram. Mən isə ara vermədən, sənin şübhən olmasın, intihar həddindəyəm. İnanıram ki, sən məni ehtirasla, kor-koranə eşqlə sevirsən, sən elə böyük şəxsiyyətsən ki! Mən səni uşaq vaxtı ehtirasla sevirdim, sonralar sənin ədalətsizliyinin təsiriylə, sənə hörmətsiz yanaşırdım, guya ana ədalətsiziyi oğul hörmətsizliyini doğrulda bilər, mən tez-tez peşmanlıq keçirirdim, ancaq adətim üzrə heç nə demirdim. Mən daha nankor və zorakı uşaq deyiləm.

Öz taleyim və sənin xarakterin barədə uzun düşüşncələr mənə bütün qüsurlarımı və sənin genişürəkliliyini başa düşməyə kömək etdi. Görünür ki, bir-birimizi sevmək, bir-birimiz üçün yaşamaq, həyatımızı mümkün olduğu qədər daha şərəflə və daha sakit baş vurmaq  bizim taeleyimizə yazılıb. Ancaq mənim düşdüyüm  dəhşətli şərairdə mən bu fikrə gəlmişəm ki, ikimizdən biri o birini öldürəcək və son olaraq ikimiz də bir-birimizi öldürəcəyik. Mənim ölümümdən sonra sən daha yaşamayacaqsan, bu, aydındır. Mən səni yaşamağa vadar edən yeganə şeyəm. Sənin ölümündən sonra, xüsusən sənin ölümünə mən bais olaramsa, mən özümü öldürərəm, bu, şübhəsizdir. Haqqında tez-tez aşkar biganəliklə danışdığın ölümün mənim sitüasiyamda heç nəyi dəyişməyəcək, məhkəmə şurası heç nə ödəməmək qərarını təsdiq edəcək (niyə də təsdiq eləməsin?) və ağrıdan başqa, dəhşətli absolyut təcridlilik hissi yaşayacağam.Mənim özümü öldürməyim absurddur, elə deyilmi?

Əlvida, mən üzülmüşəm. Əgər səhhətimin detallarına qayıtsaq, təxminən üç gündür ki, nə yatıram, nə yeyirəm, ürəyim sıxılır. Və işləmək lazımdır.

Yox, mən sənə əlvida demirəm, çünki səni görməyə ümid edirəm.

Ah, məni diqqətl oxu, çalış ki, yaxşı başa düşəsən.

Və mən səni sevirəm.

Ş.B.

fransızcadan tərcümə

Mətnin orijinalı burda:

https://www.deslettres.fr/lettre-de-baudelaire-a-sa-mere-jai-peur-de-te-tuer/

Реклама