BODLERİN FLOBERƏ MƏKTUBU

flaubert-baudelaire

Onların hər ikisi eyni ildə (Flober — 12 dekabr 1821, Bodler – 9 aprel 1821) doğulublar, iki ədəbiyyat nəhəngigin yollarının bir neçə dəfə kəsişdiyinə bu məktub sübutdur.

26 iyun 1840

Əzizim Flober!
Mən sizə gözəl məkbunuza görə çox təşəkkür edirəm!  Müşahidəniz məni sarsıtdı, və səmimiliklə düşüncələr xatirəmi araşdıraraq başa düşdüm ki, həmişə insanın qəfil fikirlərini və müəyyən hərəkətlərini ona kənar şər qüvvələrin müdaxiləsini güman etmədən başa düşməyin mümkünsüzlüyü fikrinə mübtəla olmuşam — Bu böyük etirafa görə bütün 19-cu yüzillik məni qızarda bilməz. — Nəzərə alın ki, mən öz fikrimi dəyişmək ya da öz-özümə zidd getmək həzzindən heç də imtina etmirəm.

Günlərin bir günü, əgər icazə versəniz, Honflerə gedərkən, mən Ruendə dayanaram, sizin mənə bənzədiyinizi və sürprzlərdən zəhləni getdiyini ehtimal edərək, mən sizə bir qədər qabaqcan xəbər verərəm.

Siz mənə deyirsiniz ki, mən çox işləyirəm. Bu, amansız istehzadırmı? Çox insan, məni saymadan, belə hesab edir ki, mən böyük bir iş görmürəm.

İşləmək, bu, dayanmadan işləməkdir, bu, duyğularsız, düşüncələrsiz  yaşamaqdır və bu, daim hərəkətdə olan saf iradədir. Bəlkə mən buna nail olaram.

Sədaqətli dostunuz

Ş. Bodler

Fransızcadan tərcümə

30.07. 18, Samara

Orijinal burda: https://www.deslettres.fr/lettre-de-charles-baudelaire-a-gustave-flaubert-travailler-cest-travailler-cesse-cest-navoir-plus-de-sens-plus-de-reverie/

Реклама