FLOBER BODLERƏ: «KİTABINIZDA HƏR ŞEYİ BƏYƏNDİM, KAĞIZI DA…»

flaubert-baudelaire

  Bazar ertəsi, 22 oktyabr 1860

Əzizim Bodler, mənə belə bir kitabı (“Les Paradis artificiels” – Süni behiştlər” – X.X.) göndərməklə çox iltifat  göstərmisiniz. Bu kitabda mən hər şeyi bəyəndim: mövzunu, üslubu, hətta kağızı da.

Mən onu çox diqqətlə oxudum. Ancaq əvvəlcə mən gərək sizə məni cənab  Kuinsi[i] kimi gözəl insanla tanış etdiyinizə görə təşəkkür edəm!

 Budur (ancaqla bəri başdan qurtarmaq üçün) mənim yeganə etirazım: Mənə elə gəlir ki, belə yeksək qiymətləndirilən süjetdə, elmin başlanğıcı olan işdə, təbii müşahidə işində və induksiyada siz l’Esprit du mal ( Şər ruh ya Şərin ruhu – X.X.) üzərində (və bir neçə dəfə) təkid edirsiniz, həddindən artıq (?) təkid edirsiniz.

Katolisizm mayası hər sətirdən duyulur. Mən çox istərdim ki, siz haşişi, opiumu, ifratçılığı günahlandırmayasınız. Bilirsinizmi sonrası nə olacaq? Nəzərə alın ki, bu, şəxsi rəydir, mənim üçün fərqi yoxdur. Mən tənqidçinin başqasının fikrini öz fikri ilə əvəz etmək hüququnu tanımıram. Və sizin kitabınızda mənim qınadığım şey, ola bilsin ki, onun orijinallığını təşkil edir və bəlkə də sizin istedadınızın sübutudur. Ən vacib qonşuya oxşamamaqdır.

İndi ki, mən bütün narazılığımı etiraf etdim. deməyə bilmərəm ki, mən sizin kitabınızı əvvəldən axıracan necə möhtəşəm sayıraam, bu, çox yüksək üslubdur, çox möhkəm və çox ətraflıdır. Mən 27-33, 51-55, 76-cı səhifələrdəki haşiş şeirinə və onlardan sonra gələnlərə dərindən heyranam.

Siz , transsendent romantik olaraq qalmaqla, klassik olmaq üsulunu tapmısınız, ki, biz bunu bəyənirik.

O ki qaldı «Un mangeur d’opium» (“Tiryəkçi”  — X.X.) hissəsinə, mən bilmirəm ki, siz Kuinsiyə nə borclusunuz, istənilən halda bu, çox gözəldir.

Aylarla mənim üçün bundan yapışıqlı fiqur olmayıb.

Bu narkotikllər məndə həmişə böyük qibtə doğurub. Məndə hətta əczaçı Qastinelin düzəltdiyi haşiş olub! Ancaq bu məni qorxudur və buna görə özümü qınayıram.

Eskaryak de Laturun[ii] “Sudan”ında bir tiryəkçinin uydurduğu teoqoniya və kosmoqoniya ilə tanışsınız. Ondan mənə məzhəkəli bir xatirə qaıb, ancaq mənə m. de Quinsi xoş gəlir. Zavallı insan! Miss Ennin başına nə gəldi?

Siz həmçinin yeni tənqidçilərə aid kiçik yazınıza görə minnədarlığa layiqsniz. Orda mənim hissiyatlı yerim ya qaşıynıb  ya da sığallanıb.

Səbirsizliklə yeni şər çiçəklərini gözləyirəm. mənim müşahidəmin burda yeri yoxdur, çünki şairin istədiyi şeyə inanmağa tamamilə haqqı var. Bəs alimin?Bəlkə mən sizə səfeh şeulər deyirəm? Hərçənd mənə elə gəlir ki, siz məni başa düşürsünüz.  Biz bu barədə danışarıq.  Siz necə işləyirsiniz! — yaxşı!

Xudahafiz! Əlinizi sıxıram ki, çiyninizdən aralanım.

 

[i] Bodlerin 1860-cı ildə nəşr olunmuş «Süni behiştlər” kitabı de Kuinsinin “İngilis tiryəkçinin etirafları” əsərinin təsiriylə yazılmışdır.

[ii] D`Eskaryak de Lotyur (1826 – 1868) – qraf, sonra markiz , fəxri legionun komandiri, diplomat, linqvist

Реклама