26-LARLA ÜZBƏÜZ. VAQİF CƏBRAYILZADƏ

Vidadi Məmmədoun özündən yox, başqalarından eşitmişəm ki, Vaqif Cəbrayəlzadənin sərgərdanlıqdan qirtarıb adam içinə çıxmağına və ən yaxşı ədəbiyyat vəzifələrindən birini tutmağında onun ciddi rolu olub. Təhsilsiz olsa da, Vidadi Məmmədovda ədəbi istedadları tanımaq məsələsində əsil ovçu instinktinin olduğunu deyirdilər. Vaqif Cəbrayılzadədə isə ədəbi istedad şübhəsiz ki, vardı. Səhv etmirəmsə, 1978-ci ildə onun “Ulduz” jurnalında çıxmış şeirlərindən mən özüm də çox təsirlənmişdim. Ancaq mənim yerimə yaradıcılıqvə yaradıcı insan  məsələlərində daha bilikli, daha həssas, daha uzaqgörən adam Vaqif Cəbrayılzadədə tezliklə başlanacaq deqradasiyanı da görməliydi. Bəlkə artıq deqradasiya başlanmışdı. “Ulduz”dakı şeirlər bəlkə də çoxdan yazılmışdı. 1979-80-cı illərdə Əkrəm Əylisli Vaqif Cəbrayılzadənin şeirlərini şələ-şələ çap eləyəndə məlum oldu ki, o, mahir xalturaçıdır, bunu özü də gözəl başa düşür, başqalarının hay-küy salmamağı üçün hay-küyü özü salır, hamıya həmlə edir, özü də aqressiv formada. Mən onun adamlarla təhqirli rəftarının özüm şahidi olmuşam və təhqir olunanların buna niyə dözdükləri məni çox təəccübləndirirdi. Çoxlarının onun xeyirxahı saydığı Vidadi Məmmədovu Vaqif  az qala qulağı eşidə-eşidə çox ayıb bir ləqəblə çağırırdı. Mənə məlum olmayan səbəblərdən uzun illərin heçkimliyindən, mərhumiyyətlərindən çıxan Vaqif despota çevrilmişdi və yəqin ki, öz yaşadığı alçalmaların intiqamını dişinə fənd insanlardan çıxırdı. Əlbəttə, yalnız dişinə fəndlərdən. Əkrəm Əylislinin adını o da hamı kimi riqqətlə çəkir, onu “ustad” adlandırırdı. Anar kimi, Elçin kimi yükək statusluların yanında o, əlbəttə, öz yerini bilirdi…

Mən “deqradasiya” sözünü işlətdim və bunu Vaqif Cəbtrayılzadəni gözdən salmaq üçün eləmədim. Bu, sözün onun yaradıcılığının gerçık xarakteristikasıdır, diaqnozdur.

Hər iki dünya üçün də
                                daha tez ayılar qadınlar,

hamını hər an sevgiyə,

gözəlliyə yönəldən Tanrını da onlar

çox anlar kişilərdən daha tez duyar, anlar,

elə ona görə də Tanrı

onu daha çox duyduqları anlarda

qat-qat, çin-çin gözəllik yaradar qadınlarda,

o Tanrı gözəlliyi anları

Bu, poeziyadırmı? Yox, poeziya deyil! Elə bil, Qoqolun dediyi kimi, incə alətlərdən deyil, yalnız balta ağzından çıxmış “misralar” hansı dildənsə sətri tərcüməni xatırladır, həm də elə bil ki, tərceməçi dili elə də yaxşı bilmir, özü də hər iki dili – orijinalın da dilini, öz dilin də… Və deqradasiyanı görmək üçün 1978-ci ildə çao olunan bir şeirə baxın, səhv etmirəmsə, “bu dünyada kimlər yeyim”lə başlanır. Orda ən azı səmimilik var. Bu parça və onun götürüldüyü şeirin hamısı başdan-ayağa yalandır, yəni qadın, Tanrı haqqında burda dediklərinə, əlbəttə, Vaqif bircə saniyəliyə də olsun inanmır. Və necə bərbad dildir! “Qat-qat, çın-çin gözəllik” – bu necə olur? Hansı qadınlarda? Qadınlar hamısı gözəl yaransaydı, gözəl qadın söhbəti ümumiyyətlə olmazdı….

Əslində mən nahaq yerə baş ağrıdıram və öz başımı da ağrıdıram. Yüz milyonlarla insan inanır ki, doğrudan da Maleviçin “Kvadrat”ı şedevrdir və o qaralıqda bizim görmədiyimiz nəsə var. Onları “Qara kvadrat”ın yalnız və yalnız qara rəng çəkilmiş kvadrat kətan olduğuna inandırmağa dəyərmi? Axı bu, mümkün də deyil. “Qara kvadrat”çılar aqressiv sektadır, yaxşı olar ki, başını soxmayasan…

Eləcə də Vaqif Cəbrayılzadə (Bayatlı, pardon…). Qırx ildən çoxdur ki, fasiləsiz yerüzü, göyüzü öpülür, şair diz üstdə, əlləri ya Tanrıya uzanıb, yaxud şərab badəsinə…

Yeri gəlmişkən, bir dəfə mənimlə bir yerdə Vaqif Cəbrayılzadı “şırab bədəssi” içib, dəli dərdinə düşüb “…Azərbaycanın …lap….”

Bu, Moskvada olub. Hər ikimizi restorana indi ləzgi rəhbəri olan Arif Kərimov aparmışdı…

(ardı var)

Реклама