ŞARL BODLER. DÜŞÜNCƏ

бодлер

         Recueillement

Ah, Qəmim, ağıllı ol, sakitliyi poz nə də,

Arzuladığın Axşam deyildimi? Düşür, bax.
Dolaşıq bir atmosfer şəhəri bürümədə,
Kimlərsə sakitləşir, kimlərsə qorxur ancaq.

 

Qamçısı altda Həzzin, amansız bu cəlladın,
Haçan ki, ölərilər rəzil toplularıyla,
Vicdan ağrısı yığar bir kölə bayramında,
Sən əlini ver mənə, Qəmim, gedək burayla.

 

Qalsın onlar. Bax necə əyilir ölü illər,
Səmanın balkonundan, vaxtı ötmüş geyimli,
Baş qaıdırır Təəssüf sudan, gülümsəyərək.

 
Can üstündədir günəş, uyuyar o indicə,

Şərqə doğru kəfəni elə bil sürüyərək,

Eşit, mənim əzizim, yol gedir şirin Gecə.

 

Fransızcadan tərcümə

21.07. 2018

Samara

Реклама