ŞARL BODLER. İKARIN ŞİKAYƏTLƏRİ

бодлер

Les Plaintes d’un Icare

Kim ki aşiqidir fahişələrin,
Hamısı bəxtəvər, razı və qıvraq,
O ki mənə qaldı, qollarım qırıq,
Çünki buludlarla qucaqlaşmışam.

 

Göy dərinliyində alışıb-yanan,
Bənzərsiz ulduzlar buna səbəb ki,
Saralmış gözümün görə bildiyi,
Təkcə xatirədir günəşdən qalan.
Tapmağa mən əbəs çalışırmışam,

Fəzanın sonunu, ortasını ya.

Hansısa alovlu gözlərin altda,
Duyuram qanadım əriyər, sınar;

 

Yanıb gözəlliyə sevgidən belə,
Əlim üzüləcək ali şərəfdən,
Burda məzarıma nəhayət dönən
Girdaba adımı mən verə biləm.

Fransızcadan tərcümə

28.07. 2018

Samara

Реклама