ŞARL BODLER. AMİNA BOSKETTİ[i]NİN BRÜSSELDƏ DE LA MONNE TEATRINDA DEBÜTÜNƏ

бодлер

Sur les débuts d’Amina Boschetti Au Théâtre de la Monnaie à Bruxelles

 

Amina pərvazlanır, hərlənir, gülümsəyir;

Qall[ii] deyir: Bunlar mənə hamısı ağ yalandır,

Pöhrəlik nimflərindən söhbət əgər gedirsə,
Montagne-aux-Herbes-potagères-dədir məim tanıdıqlarım.

 

Şümal ayaqlarından gülən göünə qədər,
Ruh, dəli-divanəlik yayılır  Aminadan;

Qall deyir: “Uzaq olun, aldadıcı nəşələr!

Belə xoş hoqqalar yox mənin öz arvadımda”.

 

Duruşları müzəffər qadın, çalışırsınız,

Öyrədəsiz bayquşa nəğməni, filə valsı,

Leyləyəsə gülməyi, xəbəriniz yox ancaq,

 

Bütün bu zülmünüzə Qall deyəcəkdir: “Haro[iii]!”

Baxusun öz əlindən burqonu tez qaparaq,

Monstr deyinəcək: “Gətirin mənə faro[iv]!”

 

Fransızcadan tərcümə

30-31.08. 2018

Samara

[i] Amina Bosketti – görkəmli Milan balerinası

[ii] Orijinalda: Welche; almanları, xüsusən İsveçrə almanlarınin fransızlara və italyanlara verdikləri təhqiramiz ad

[iii] Haro – qışqırarq kiməsə acıq tökmək üçün işlədilən ifadə

[iv] Faro – şəkər və quzu əti qatılmış Belçika pivəsi

Реклама