Au bord de la mer
Əlləri titrədi, fikri yayındı,
İtirdi zirvədə ya da özünü —
Parlaq, bər-bəzəkli yelpici ayın
Mavi xalısına düşdü dənizin.
Əyilir yelpici götürməyə ay,
Uzanır gümüşü gözəl əlləri.
Qaçırır özünü yelpici ancaq,
Coşqun dalğaları o yəhərləyir.
Mən onu qaytarıb sənə verməyə,
Gözəl ay, girdaba lap atılaram.
Kaş ki, sən göylərdən enə biləydin,
Kaş qalxa biləydim səmaya mən ya.
Fransızcadan tərcümə
07.09. 2018
Samara