La fellah
Şahzadə Matildanın bir akvarelinə
Fantastik fırçanın bu, şıltaqlığı,
Və imperiyadan gələn bir məzə.
Maskalı sfinksdir bu fəllah qadın,
Çətin tapmacadır duyğuya, hissə.
Əlbəttə, bu modun qanunu sərtdir,
Uzun paltar olsun,, ya da ki, maska.
O bütün bu salon Ediplərini,
Sirriylə intriqa toruna salar.
Duvağı irs qoydu əntiq İsida
Çağdaş qızlarına Nil diyarının.
Ancaq niqab altdan saf, incə odla,
İki sönməz ulduz alışıb yanır.
Şeirdir elə bil bu gözlər, onlar,
Gizlər xumarlığı, ehtirası həm.
Onlarda tapmaca cavabı da var:
“Eşq və ehtiras ol, mənsə gözələm!
Fransızcadan tərcümə
24.09. 2018
Samara