KAŞOQÇİNİN QƏTLİ OLMASAYDI, ƏRDOĞAN ÖZÜ BUNU DÜZÜB-QOŞMALIYDI…

jamal.jpg

Ərdoğanıın (İndi Türkiyə — Ərdoğandır, necə ki, Rusiya – Putindir) qiyamtə qoparmağı səudilərin törətdiyi cinayətə, yəni  Jamal Kashoqçini öldürdüklərinə görə deyil, Ərdoğan Kaşoqçi kimi on minlərlə, yüz minlərlə insanı kütləvi və səassız yürüdülən ittihamlarla qoyun sqürüsü kimi dəhmərlərib türmələrə salır və orda çürüdür, onların arasında, əlbəttə jurnalistlər də var. Ərdoğanən ən şirin arzusu ölüm hökmüdür və bunu gizlətmir və bu hökmü düşməni saydığı bütün insanlara, ilk növbədə jurnalistlərə tətbiq edərdi. Ərdoğanda şərəf və ləyaqət yoxdur, onun Putinlə münasibətləri bunu aydın göstərir, Ərdoğanda yalnız hakimiyyət ehtirası var, şərəf və ləyaqəti olmayan adam başqasının ləyaqətinə hörmət etməz. Kaşoqçinin ölümü Ərdoğanın əlinə girəvə kimi düşüb, İranla, Katarla yaxınlığına görə ona təzyiq göstərən, Birləşmiş Ştatları da bu təzyiqə fitvalayan Səudiyyə krallığının möqeyini sarsıtmaq üçün bundan yaxşı fürsət ola bilməzdi. Yəni indi əslində ürəyinin dərinliklərində Ərdoğan Kaşoqçini öldürüb meyidini doğramış adamyeyənləri ən yüksək Türkiyə mükafatı ilə təltif etməyə hazırdır…

Yəni məşhur bir ifadədədən istifadə etmklə demək olar ki, Kaşoqçinin qətli olmasaydı, Ərdoğan bu hadisəni özü düzüb-qoşmalıydı…

16.10. 2018

Samara

Реклама