FƏRHAD ƏHMƏDOV İNDİ DƏ MÜŞFİQİN ÖLÜSÜNDƏN QAZANMAQ İSTƏYİR!

ahmedov 2

Rusiyada işləri o qədər də yaxşı getməyən, keçmiş arvadıyla əmlak davasında əlbəyaxa olan Fərhad Əhməd vaxtaşırı Azərbaycan millətinin hamısını da olmasa, çoxunu sarsıdan təkiflərlə, proqnozlarla, “kəşf”lərlə çıxış edir. Fərhad Əhmədovun sonuncu kəşfi ixtisası baytarlıq olan bu insanın yeni sahədə özünü sınamaq istədiyini göstərir.

Fərhad Əhmədov Mikayıl Müşfiqin qalıqlarını tapıb!

Cüvəllağəlıqda Fərhad Əhmədovdan yalnız sərvətinin miqyası ilə geridə qalan Eynulla Fətullayev bu “sensasiya”nı iki gündür ki, Azərbaycanda Ebola virusu kimi yayır. Guya keçmiş NKVD işçiləri Müşfiqin sümüklərini Fərhad Əhmədova göstəriblər.

Müşfiq 1938-ci ilin yanvarında güllələnib. O vaxtın çekistləri qalsaydılar, ən cavanının yaşı yüzdən çox olardı. Deməli, bu, ağ yalandır! Müşfiqin sümüklərini Fərhad Əhmədova göstərə biləcək heç bir NKVD işçisi ola bilməz. Və Müşfiqin sümüklərinin yeri məlum olsaydı, bunu on illərlə NKVD-də, KQB-də işləmiş və hətta ona başçılıq etmiş Heydər Əliyev çox yaxşı bilərdi Deməli sümük-zad yoxdur, bir torba sümük yığıb basdıracaqlarsa, bu, yüz faisz o deməkdir ki, Müşfiqin adıyla özgə adamın qalıqları dəfn olunacaq. Bu, Azərbaycanın yeni trarixində daha bir rüsvayçı səhifə olacaq!

O ki, qaldı Hüseyn Cavidin qalıqlarının tapılmasına və dəfninə, bu da son dərəcə şübhəlidir. Hüseyn Cavid tapılırdısa, niyə Mandelştam tapılmır? Tsvetayeva güllələnməyib, özünü asıb, Yelabuqada dəfn olunub, ancaq qəbrinin dəqiq yeri bilinmir. Niyə gedib biz Uzaq Şərqdən Hüseyn Cavidi tapırıq, ruslar ağızlarının içində o nəhəngliyində Tsvetayevanın qəbrini tapmırlar?

Hərçənd buna ümid azdır, ancaq istərdim ki, İlham Əliyev Fərhad Əhmədova yaxşı bir şapalaq çəkə və deyə ki, get işinlə məşğul ol, dirilərdən qazandığın bəs deyil, indi ölülərə girişirsən…

Və əgər şapalaqlamasa və bunları deməsə, Azərbaycanın rəhbəri Fərhad Əhmədovla Eynulla Fətullayevin fıırıldağına qatılmış olacaq. Və yəqin ki, beş-altı aydan sonra azərbaycanlılar Müşfiq adıyla Bağırovun güllələdiyi hansı kolxoz sədrininsə ya “qolçomağ”ınsa sümüklərini ziyarət edəcəklər…

!938-ci ildə Müşfiqi həyatdan mərhum eləmişdilər. İndi deyəsən ləyaqət və şərəfdən də mərhum edcəklər…

22.10. 2018

Samara

Реклама