POL VERLEN. ŞARL BODLERƏ

verlen-pol.jpg

À Charles Baudelaire

Mən səni tanımırdım, sənə sevgim olmayıb,
Mən səni tanımıram, sənə sevgim lap azdır,

Ləkələnmiş adınla qəlbim qayğılanmayıb,

Sənin şahidlərinin olsaydım arasında,

 

 

Hər şey qalsın, bu, bağlı Ayaqlardır birinci,

Soyuq mıxlarla əvvəl, sonra hərisliyiylə,

Föhşlü qadınların – boyalanıblar necə!

Ehtiras alovlanır qızğın busələriylə!

 

 

Diz üstdə, duadasan, necə mən, necə bütün
Ac və təşnəli ruhlar durmadan gedər üzgün,
Arzu-ümidləriylə Qolqofa yetişələr.

 

Qolqof əsil, həqiqi, şübhələr də var onda

Rişxənd, göz-qaş və sənət, ağrı yol əzabından,

Necə? Günahlıyıq biz, ölməyimizə dəyər.

Fransızcadan tərcümə

29.10. 2018

Samara

Реклама