POL VERLEN. POEZİYA SƏNƏTİ.

verlain-19

        Art poétique

Hər şeydən önəmli melodiyadır,
Hecaların sayı tək olsa yaxşı.

Havada yox olan, dumanlı həm də,
Nə bədəni ola, nə də çəkisi.
Düz deyil sözləri min ehtiyatla,
Ölçərək-biçərək seçmək elə də.

Sadə bir nəğmədən sevimli nə var?

Onda Dəqiqlik də Qeyri-dəqiqdir.

 

 

Bu, ala gözlərdir duvaq dalında,
Bu, ilğımdır yayın günorta çağı,

Bu, mavi səmada payız gələndə,
Büllur ulduzların nurlu qalağı.

 

 

Axı Nüanslardır istədiyimiz,
Rəngi neyləyirik, çalarlar gərək!

Nüansla qovuşur arzuya arzu,
Necə fleytaya qovuşur tütək.

 

 

Qatil Atmacanı yaxına qoyma,
Heyvərə Gülüş də, Ağıl da bəddir,

Bunlar Səmanın da gözübü qıyar,
Ağladar, sarımsaq bişir elə bil.

 

 

Yapış bəlağətdən, boynunu üz, at!

Qanın coşan vaxtı yaxşı elədin,
Qafiyələrinə ağıl artırıb,
Bax ancaq, çıxarlar birdən əlindən.

 

 

Kim deyər Qafiyə necə fəsaddır?

Dəli bir qara qul, kar uşaq  ya da,

Yonub kəsəriylə bəlkə yaratdı

Ucuz oyuncağı,  səsi də saxta?

 

 

Yenə və həmişə musiqi axtar!

Dönsün şeirlərin uçan bir şeyə.

Duyulsun bir qəlbdən qanadlanaraq,

Uçur başqa göyə, başqa sevgiyə.

 

 

Qoy şeirin çevrilsin xoş macəraya,
Qısılıb küləyin sərin bağrına.

Hopsun kəklikotu, nanə misraya,
Sadə ədəbiyyat yerdə qalanlar.

 

Fransızcadan tərcümə

31.10 2018

Samara

Реклама