Il faut, voyez-vous, nous pardonner les choses
Gərək bağışlamağı bu dünyada bacaraq,
Bunu eləmək bizə səadət qazandırar.
Bizə üz verərsə də nə qədər ağır anlar,
İki ağlar olarıq səninlə ən azından.
Biz iki bacı ruhuq, eləsə qovuşduraq,
Ürkək vədlərimizə uşaq şəmimiliyi
Qadın və kişiərdən yayınıb uzaqlaşaq,
Açıqlıqda unudaq zülmünü qəribliyin.
Gəl iki uşaq olaq, iki qızcığaz ya da,
Hər şeyə heyrətlənən, heç nədən heyranlanan,
Rəngləri bir az qaçar məsum vələslər altda,
Bilməz ozləri də ki, bağışlanıblar onlar.
fransızcadan tərcümə
05-06. 11. 2018
Samara