Mon Dieu m’a dit : Mon fils, il faut m’aimer
Tanrım söylədi: “Oğlum, gərək sevəsən məni,
Görürsən, böyrüm deşik, ürəyim qan ağlayır.
Madlenin göz yaşıyla yuyulan ayaqlarım,
Əllərim əzab çəkir günahlarından sənin
Çəkildiyim çarmıxı görürsən önündə sən,
Mismar, sirkə və süngər; onlar sənə deyir, bax,
Bədən hökm sürdüyü dünyada mənim, ancaq
Bədənimi, qanımı, sözümü sevməlisən.
Mən özüm ölənəcən səni sevməmişəmmi,
Ey Atabir qardaşım, Ruhi bir övlad mənə,
Əzab çəkməmişəmmi yazılan kimi eynən?
Məni də sıxmamışmı gecələrinin qəmi,
Sənin ali qüssənə tökməmişəmmi mən yaş,
Məni gəzib axtaran ürəyi yaslı qardaş?”
Fransızcadan tərcümə
07/11. 2018
Samara