POL VERLEN. XİLASKARA SONETLƏR. II

verlain-19

J’ai répondu : « Seigneur, vous avez dit mon âme…

 

Dedim: “Tanrım, ruhuma dediklərin toxundu.

Mən sizi axtarıram, tapa bilmirəm amma,

Fəqət siz sevin! Görün enmişəm haralara.

Əbədidir sizdəki çünki sevginin odu.

 

 

Ruha məlhəm sizdədir, hamı sizə təşnədə,

Əfsus! Bir nəzər salın necə şübhələrdəyəm!

Ləyaqətim çatırmı düşə biləm səcdəyə,

Sürünməkdən qanverən dizim üstdə oturub?

 

Axtarıram mən sizi, büdrəsəm də nə qədər.
İstəyirəm kölgəniz örtə ayıblarımı.

Sizinsə kölgəgəniz yox, sizdən sevgi yayılır.

 

İlıq çeşməsiniz siz, lənətli könüllərə,
Acısınız siz ancaq, işığınız hamıya,
Öpüşlərlə kimin ki, gözləri qapanmayıb.

 

Fransızcadan tərcümə

08.11. 2018

Samara

Реклама