POL VERLEN. XİLASKARA SONETLƏR. III

verlain-19

Il faut m’aimer ! Je suis l’universel Baiser…

 

Sev məni! İki dünya öpüşüyəm çünki mən,
Mənəm, bax, bu bəbəklər, mənəm bu danışdığın,
Dodaqlar, ah, azarlım, sənin içinə yanğın,

Salan qızma da mənəm! Gərək məni sevəsən!

 

 

Tərəddüdlər bilmədən mənim eşqim ucalır

Səninsə miskin eşqin ürkək, şübhə girinci.

Aparar səni, qartal quzu aparır necə,
Səmalardan su içən kəklikotlarınacan.

 

 

Aydın gecəm! Sənin də gözlərində ay yanar!

Ah, dumanda işıqdan, sudan yaranan yataq!

Bütün səmavi mehrab. bütün ilkin təmizlik,

 

 

Sev məni! Bu iki söz ali kəlmələrimdir,

Qadir Tanrınam sənin, ancaq istəyirəm ki,

Sən özün ürəyinlə məni sevə biləydin.

 

Fransızcadan tərcümə

09-10. 11. 2018

Samara

Реклама