POL VERLEN. XİLASKARA SONETLƏR. IV

verlain-19

Seigneur, c’est trop! Vraiment je n’ose. Aimer qui? Vous?

Kimi sevmək? Sizimi? Yox, Cənab, bacarmaram.

Əsirəm, bacarmaram… Bu sevgi mənlik deyil,

Ləyaqətim də çatmaz. Siz təzə bir Qızılgül,
Sevgi küləkləriylə nəfəs alan, canlanan.

 

Müqəddəslər ürəyi! Siz oldunuz havadar,
İsrailə. Məsum və yarıyacan açılı,
Bir çiçəyin başında pərvaz eləyən arı,

Necə sevim mən Sizi? Sizin düşüncəniz var?

 

Ata, Oğul, Ruh? Mənsə təkəbbürlü və qorxaq,
Günahlıyam şərədir meylim həmişə ancaq.

CanImdakı duyğular, görmə, eşitmə, təmas,

 

Dad, qoxu, elə mənim bütün varlığım, əfsus! —

Vicdan ağrım, ümidim ekstazla göynəyər
Bir nəvaziş görən tək, mən Adəmə dönərəm.

 

Fransızcadan tərcümə

10-11. 11. 2018

Samara

Реклама