POL VERLEN XİLASKARA SONETLƏR.VI

Seigneur, j’ai peur … Mon âme en moi tressaille toute…

Cənab, qorxuram.. Tamam canımda ruhum əsir.

Anlayıram borcluyam sizi sevməyə, amma,
Neyləyim axı, Tanrım, özümlə bacarmıram,
Qorxudur məni xeyrin, ləyaqətin dəyəri.

 

 

Bəli, necə? Sarsılır göyün qübbəsi, budur,
Son mənzil axtarırdı mənim ürəyim orda.

Elə bil ki, üstümə uçub gəlir səma da,

Deyirəm: “Məni sizə aparan hansı yoldur?”

 

 

Uzadın əlinizi mənə, qaldırım yenə,

Bu azarlı ruhumu, üzülmüş bu bədəni.

Səmavi ağuş ancaq şərəfini görmədən,

 

 

Mümkündürmü bu? Bir gün Sizin sinəniz dönə,

Bizim öz sinəmizə, yer tapıla mənə də,

Həvarinin baş qoyub yuxuladığı yerdə?

fransızcadan tərcümə

13.11. 2018

Samara

Реклама