SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: VAQİF MARKSDAN YÜZ İL QABAQ MARKSİST OLUB…

samed-stalin

Dağların döşündə yollar çəkilsin,
Yollar qırağında güllər əkilsin…

Bu, vicdan azdlığıdır?

Yox, bu komediyanın hər səhnəsi, hər monoloqu, hər replikası təəccübləndirir. Təəccüb edirsən ki, oxumuş, maariflənmiş Azərbaycan milləti niyə səksən ildir bu cəfəngiyatı alqışlayır?

 

(Burda həm də Səməd Vurğun Qarabağ “dağlarının döşü” ilə Kürdəmir çöllərini dəyişik salır, dağların döşü elə gül-çiçək bitən yerdir, yəni gül-çiçəyi hardansa gətirib ora əkmək lazım deyil…)

Vaqif “vicdan azadlığı” barədə yöndəmsiz mühazirəsini bitirən kimi şeyxdən tələb edir ki, əmmaməsini çıxarsın.

“Çıxar əmmaməni, sən keçəl qazsan!”

Burda, əlbəttə, Qoqolun təsiri görünür. İvan Nikiforoviç İvan İvanoviçi “qusak” (erkək qaz) adlandırmışdı. Erkək qaz, bəli, erkək qazdır. Ancaq qazın nə keçəli? Düzdür, qazın yolunan vaxtı olur, ancaq başını yolmurlar…

Sonra Vaqif marksizmə keçir:

“Tiryək satanısan bəşəriyyətin!”

“Din xalqın tiryəkidir”, bunu Marks deyib, belə çıxır ki, Molla Pənah Vaqif Marks dünyaya gəlməmişdən yüz il qabaq marksist olub…

İbrahim xan isə guya xalqın savadsız, yəni kor olmağını istəyir:

Kor olsun onlar,

Xal ayılan zaman haqqını anlar”.

Xalqın kor olmağını istəyən xan şairi saraya vəzir gətirərdimi? Elə İbrahim xanın vaxtında Vaqif Şuşada məktəb açmamışdımı?

(Və yenə də pyesin adi qrammatik qaydalara əməl edilmədən savadsız dillə yazıldığını demək lazəmdır: mübtəla xəbərlə uzlaşmır, üçüncü şəxs əvəzliyinin cəmo “onlar” “xalq”ın yerində işlənə bilməz…)

Və xan, Səməd Vurğuna görə, o qədər küt və ölüvaydır ki, vəzirin rus imperatriçəsi il danışıqlarından xəbəri yoxdur…

Burda rus monarxiyasına nə qədər rəiyyət pərəstişi var! Ancaq müəllif, yəni Səməd Vurğun, öz xalqının tarixinin hər az-çox samballı səhifəsinə işəyir…

Vaqif:

Din ayrı, dil ayrı olsa da onlar (yəni ruslar)

Yenə beşiyidir mədəniyyətin.

Yenə savadsızlıq: “onlar”, yəni xalq mədəniyyətin beşiyi ola bilməz, mədəniyyətin beşiyi ölkədir. Bir də ruslar hansı mədəniyyətin beşiyidir? Qərb mədəniyyətinin? Qərb mədəniyyətinin beşiyi Yunanıstan, Roma deyilmi?

Burda şeyx “vətən xaini” sözünü işlədir və, əlbəttə, bu, anaxronizmdir.”Vətən xaini” Stalin dövrünün damğasıdır və bu damğanı, yüksək ehtimalla demək olar ki, Səmdə Vurğun millətimizin qeyrətli adamlarına vurub və onları güdaza verib…

Və sonra İbrahim xanla Vaqin arasındakı deyişmə iki “debil” (başqa söz tapmaq mümkün deyil) arasındakı söyüşməni xatırladır. Vaqif sayıqlamağına davam edir:

Günəş qaranlıqda yaşaya bilməz!

Əslinə baxanda günəş elə qaranlıqda yaşayır, əgər onun işi qaranlığı işıqlandırmaqdırsa.

Belə misralara çəpik çalan soydaşım, kül sənin başına!

Sonra İlyas (nə İlyas, hansı İlyas) gəlib Eldardan xəbər gətirir:

O qədər artıb ki, yenə qaçaqlar,

Tutmayır meşələr, dərələr, dağlar…

Səməd Vurğunda harda dağ varsa, dərə də var hökmən (“işıqlanır hər dağ-dərə”).

Meşələr, dağlar, dərələr tutmur! Görün bunal neçə mindirlər! Əkmirlər, biçmirlər, bunları kim yedirir-içirir? Və əgər Qarabağda bu qədər qaçaq-qoçaq vardısa, niyə Qacaq qoşununun qabağında durmadılar?

Və qaçaqlığın nəyi yaxşıdır? Hələ Həsən bəy Zərdabi qaçaqların kənd camaatına nə qədər əziyyət verdiyindən yazırdı, çünki işləməyən, dağda-daşda gizlənən qaçaqlar sadə kəndliləri çox vaxt qarət edirdilər. Demək lazımdır ki, Səməd Vurğunun vaxtında sovet hökuməti bir az işsiz qalan adamı tüfeylilik maddəsi ilə dama salırdı…

Реклама