TALE HAQQINDA ŞEİR

Mənim də adıma hamı tək yəqin,
Yazılıb nə isə, deyək ki, tale.

Həyatımın sonu çatsa da, hələ,
Bilmirəm ki, kiməm, bilmirəm nəyəm.

 

 

Başqası bilir ki, niyə yaranıb,

Bilir vəzifəsi, təyinatı nə.

Qurur, nizamlayır öz həyatını,
Gedir tərəddüdsüz, gedir, dayanmır.

 

 

İşini arxayın düzür-qoşur da,
Yıxır-sürüyür də bir özgəsini.

Adını ucaldır, yayır səsini,

Haqqında veriliş çəkilir hətta.

 

 

Nədir və hardadır mənə yazılan —

Özüm indiyəcən bilmirəm hələ.
Sanki taleyimi şifrələyiblər,

Şifrə girinciyəm sanki haçandan.

 

 

Daşla dırmaşıram dağa yunan tək,
Dəyib, qaldırıram daşı təzədən,

Ya da ki, yabayla, rus demişkən,
Yazıram sulara… oxuyan gərək…

 

 

Nə xalqım, nə ölkəm…Xarici dildə,
Elə bil yazıram… Vətən daşı tək,

Haçansa tullandım… yaşayaq, görək,
Bəlkə guşədaşa çevrilə bildim…

 

03.12. 2018

Samara

Реклама