“AYGÜN” KOMİK POEMASI. Ü. HACIBƏYOV HAQQINDA: “O İNANDI KOMMUNİZMİN AL BAYRAĞINA…”

bağırov_vurğun

Gecələr ac qalıb ağladı çağa,
Ana balasını duymadı bəzən…”
Çağa gündüzlər tox olur?

“Düşdü Əmirxanın canı qorxuya…”

Aha!
“Bəzən soyuqladı alnındakı tər…”
Yoldaş Əmirxan özün soyuqlamır, təri soyuqlayır… Uşaqlar bu əsərdən Azərbaycan dilini öyrənməlidirlər…

“Hərdən də hirslənib başına döydü…”

Sonra Səməd Vurğun bir neçə dəfə haşiyələr çıxır, deyir ki, səadətdən ilham alır, onun nəfəsindən isə dağlar ilhama gəlir, “üfüqləri çatıq görəndə şimşək olmaq istəyir” və s. bu cür demaqoqiya…

“Aygün xəstəlikdən qalxdı ayağa…”

Əslində yataqdan qalxarlar, xəstəlikdən ayılarlar, sağalarlar…

Eyvana çıxıb dörd yanı seyr edir (eyvandan “dörd yan” necə görünər), şəhər qaynayır, bütün insanlar xoşbəxtdirlər…

Stalinin vaxtında ağzın nə idi xoşbəxt olmayaydın, əlli-qayaqlı gedərdin..

Və çağasını götürüb evi tərk edir…

O getdi sürətli bir ildırım tək…”

İldırım elə sürət bildirmirmi? Sürətsiz ildırım olar?

Ürək sinəsində qalxdı ayağa…”

ÜRək də ayağa qalxarmış…Dinc oturmur…

Yoldaş Əmirxan gəlib görür ki, nə Aygün var, nə çağa…

“Ev də qərq olmuşdur qaranlıqlara…”

(“Evə girəndə işığı yandırmır?)

Aygün məktub yazıb qoyub:

“Əmirxan, yazıqsan, öz qədrini bil,
Neçə yol demişəm sənə bu haqda…”

Əmirxan məktibi oxuyub bərk-bərk ….əsnəyir (qanacaqsız!).

Əsdi varlığına tozlu bir külək…”

Bakı küləyi  varlığa əsəndə də tozlu əsir…

“Dağ boyda gövdəsi döndü yumağa”.

Təsəvvür edirsiniz?

Yoldaş Əmirxan ümid edir ki, arvadı acığı soyuyan kimi çapa-çapa qayıdıb gələcək…

Sonrakı səhnədə Aygünü ağsaçlı bir insanın qarşısında görürük. Bu insan isə, əlbəttə, Üzeyir Hacıbəyovdur. Səməd Vurğun Üzeyir Hacıbəyova Qazax aşıqları kimi uzun-uzadı tərif verir. Adam istəyir ki, əlini qaldırıb desin: “Aşıq, saxla!”

“O inandı kommunizmin al bayrağına…”

Salyanlılar demişkən, ala, burda saxla… Sən bu Üzeyiri apardın kommunizmə soxdu ki…

“Avropanın kölgəsində o dincəlmədi,
Tör-töküntü yığanlardan sənətkar olmaz…”

Üzeyir Avropadan öyrəndiyinə görə Üzeyir olub, Üzeyir “Traviata”ya qulaq asmasaydı, Leyli və Məcnun” olmazdı… Səməd Vurğun ya öyrənməyib, ya tör-tör-töküntü götürüb, ona görə bu gündədir… Budur Səməd Vurğunun yazdığı:
“Yamaqlardan tikilməmiş bütöv bir libas…” (Üzeyir Hacıbəyovun tərifi)

Sonra Səməd Vurğun yoldaş Əmirxna ilişir:
“Di, kefin necədir, əhli-kef oğlan,

Niyə yatmayırsan səhərə qədər,
Didirmi gövdəni taxtabitilər…”

İndiyəcən bilmirik ki, yoldaş Əmirxanın işi-peşəsi nədir. Ümumiyyətlə, bu Əmirxan surətində inandırıcı bir cizgi yoxdur. Ba adam bakılı hətta caz və fokstrot həhəskarı kimi qələmə verilsə də, onda bakılılıq, şəhərlilik əlaməti yoxdur. Elə Səməd Vurğunun özü kimi kəndçidir…

Səməd Vurğun yenə haşiyə çıxıb yazır ki, beş ildir ki, beş ildir Aygünü görmür… Burda demək olar ki, bu poemanı yazanda Səməd Vurğun Puşkinlik eşqinə düşüb, Puşkin öz mənzum romanının qəhrəmanlarıyla görüşdüyü kimi, Səməd Vurğun da Aygünlə görüşür, yəni Aygünün simasında Səməd Vurğun azrbaycanlı Tatyana Larina yaratmaq iddiasında olub… Ancaq Puşkin incə cərrah alətləriylə işləyibsə, Səməd Vurğun ancaq balta işlədib…

Bu da Puşkin, pardon, Səməd vurğun balı:

“Orkestro dilə gəlir neçə nəfəslə…

Qaşlarını çatır bərk-bərk, hamı susaraq…”

Azərbaycalılarda adətdir, orkestro çalınan kimi qaşlarını “bərk-bərk çatırlar…”

Çalınan musiqi isə:

“Söhbət açır o, gələcək qərinələrdən.

 Kommunizmin gülşənindən gül dərə-dərə

Cumub gedir fikirlərə, düşüncələrə»,

Çalınan simfoniniyaya Səməd Vurğun beləcə iki yüz cəfəng misrada tərif verir. Kommunizmin gülşəninə aparan bu sinfoniyanı kim yazsa yaxşıdır? Əlbəttə, Aygün!

Özü də dirijorluq edir:

“Orkestri dolandırır öz əlləriylə…”
Yəni orkestri hərləyir… Bayaq “orkestro” idi, indi “orkestr” oldu…

O ki qaldı yoldaş Əmirxana, yoldaş Əmirxan yavaş yavaş ehtirtaslardan soyuyur. Məclislərdə başqa ər-arvadlara sağlıalar deyiləndə:

“Bərk yapışdı boğazından namus ilə ar…”

İkisi birdən yapışanda pis olar…

“Başındasa yuva saldı lal düşüncələr…”

Bir az yuxarıda müəllif demişdi ki, Əmirxanın “başına böyük fikir gəlmədi…”

“İllər keçdi, o tanınmış bir şəxs olmadı….”

Hardan olardı…

“Ancaq əli bir gün belə işsiz qalmadı…”

Deməli, bu Əmirxan zəhmətkeş imiş?Ay Səməd Vurğun, bBəs bayaqdan demirdin ki, pozğundur, gecə səhərəcən kef məclislərində olur, gündüz də axşamacan xorna çəkir?
(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

Реклама