KOMİK “AYGÜN” POEMASI. “ÇÜRÜMÜŞ ƏT KİMİ TÖKÜL, BƏDƏNİM!”

bağırov_vurğun

Aygün pianinonun arxasında “tək oturub fikrə gedir”.

“Doğrudur, insanlar mənə əl çalır,

Ancaq səadətim yarımçıq qalır…
Dağlar da eşq ilə qalxıb ucalır…”

Alimlər dağların mənşəyini başqa cür izah edirlər, ancaq Səməd Vurğun deyirsə ki, qatıq qaradır…Burda Səməd Vurğun Pulkin silindrini başına taxır. Elyardan Aygünə məktub:

“Bəlkə də yazdığım bu məktubla mən

Xəbər verməyirəm ürəyinizdən…

 Odur ki, əvvəlcə üzr istəyirəm,

Ki, sizə «sevgilim Aygün» deyirəm.

 Bəli, mən sevirəm… Haqqım var buna,

Məhəbbət şərəfdir insan oğluna”.

Xanəndə olsa da, məclisdə meyidinə vursa da, qanacağı var. Üzr istəyir… Əlavə edir ki, “haqqım var”.

Yəni “sevgi sevən mərd olar, sevməyən namərd olar…”

Burası yaxşıdır:

Fəqət sevməmişdim mən indiyəcək,
Hər qızda bir cürə ayıb görərək”.

Zalım oğlu, sən ki o qədər işirsən, gözünə nəinki ayıb, ayrı şeylər də görünər…

Məktub çox uzundur (Düzü, Səməd Vurğun çox uzunçu adam olub. Bunu başa düşmək olar, bir misranın puluna bir kilo mal əti almaq olardı…). Belə bitir:

“Sənət dünyasının göylərində biz,

 Gəlin qoşa süzək qartallar kimi».

Aygün məktubu çox bəyənir, bu qərara gəlir ki:

“İnci tək düzülmüş sözlər yanaşı”.

Deməliyik ki, burda Səməd Vurğun öz-özünü tərifləyir, çünki bu cəfəng məktunu o özü qondarıb…

“Bir anlıq gözündə rəqs etdi aləm…”

Ancaq Aygünün yadına yenə yoldaş Əmirxan düşür (sıx qaşlı, gen sinəli), Bir yandan da:

“Ülkər yerə döydü ayaqlarını

Bordaqda saxlanmış bir quzu kimi».

Bunu yaxşı başa düşmədim, xüsusən “bordağ”ı, gərək akademik Nizami Cəfərovdan soruşam, yaxşı ki, Azərbaycanın akademikləri var…

Aygün hərdən Eyları düşünür,

“Ancaq başındakı bu arzuları,

Qovdu öz diilə, milçəklər kimi”.

İndi də Tatyanın Oneginə, pardon, Aygünün Elyara məktubu.

“Sizin yazdığınız məktubu aldım,
Oxuyub bir müddət heyran da qaldım…”

Bir müddət…

Məndən inciməyin… Düzü belədir,

Sizə ağlayıram, baxıb gülmürəm.

Yalan danışmağın mənası nədir,

Mən hələ heç kəsi sevə bilmirəm…»

Elyarın evi yıxıldı. Yəni indi dərdindən içib yıxılacaq…

Şəhərdə şayiələr yayılır ki, Aygün Elyarla gəzir”!

Yoldaş Əmirxan namusla gedir durur Aygünlə üz-üzə, deyir ver mənə o Elyarı, cırıq-cırıq eləyim…

Aygünü Səməd Vurğun namuslu-qeyrətli Azərbaycalı qızı-gəlini kimi yaradıb, kommunizmə simfiniya həsr edid Stalin mükafatı almaq binamusluq deyil, avara ərdən ayrılandan on il sonra başqa kişi ilə görüşmək binamusluqdur…

“Eşqin, məhəbbətin nə olduğunu

Səndən ayrılalı mən unutmuşam”.

Yoldaş Əmirxan səssizcə qalxıb qapıdan çıxır.. Xəcalət çəkir… Öz-özün qarğış edir:

“Çürümüş ət kimi tökül, bədənim!”

 

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

Реклама