Je n’ai pas de chance en femme
Kişilik yaşına qədəm qoyandan,
Qadınla mənimki gətirmir nəsə,
Hansına, haçansa ilişmişəmsə,
Dönüb qışqırıqçı ləçərə sonda.
Düzü, mən özüm də qışqırıqçıyam,
Nə deyim, rəziləm xasiyyətcə də,
Elə qadınlardan gördüyüm qədər.
Bəlkə bu cəhətdən yoxdur heç tayım.
Mənim qadınlarım sürüşkəndilər,
Düzü, sən özün də bir az eləsən.
Əzizim, bu müdhiş etirafı sən,
Heç kimə söyləmə ölənə qədər.
Özüm bir ayağı qaçaq idim mən,
Kim bilir, eləyəm bəlkə indi də,
Bu etiraf məni biabır edir,
Dəhşətə gəlirəm özümdən hərdən.
Nə eybi: əvvəlki kimi biz yenə,
Aşiq-məşuq olaq — alışan, yanan.
Sən bir yaxşı qızsan, mən cəsur insan,
Sən mən sevirsən, mən də ki, səni.
Fransızcadan tərcümə
05.12. 2018
Samara