Les Amies. 2. Été
Artır nəvazişlər, ehtiras artır,
Alov çoxaldıqca sevgilisində
Körpə az qalır ki, özündən gedə,
“Əzizim, taqətim yoz mənim artıq!”
“Ölürəm: odlanır sinən elə bil,
Sıxır məni, həm də xumarlandırır,
Dolur nəfəsimə, məni yandırır,
Güclü bədənindən yayılan ətir.
Yayını yaşayan gözəllərə xas,
Tutqun bir məlahət var bədənində,
Həm kölgə xisləti, həm də kəhraba.
Qasırğalar coşar sənin səsində,
Və qızıl saçların sanki qan saçar,
Qəfildən gecənin qoynuna qaçar.
Fransızcadan tərcümə
02.12. 2019
Samara