BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: ALLAH KQB-YƏ LƏNƏT ELƏSİN…

Bəxtiyar-Vahabzadə

İndi Londona Azərbaycanın oliqarxları və başqa boynuyoğunları və belinazikləri gedirlər. Sovet vaxtı Böyük Britaniyanın paytaxrtına sovet şair və yazıçıları səyahət edirdilər. Ordenli, mükafatlı Azərbaycan şairlərindən də bir neçəsi Londonda olub və hər dəfə yəqin KQB-nin tapşırığını yerinə yetirərərk Britaniya imperilaizmini damğalayan şeirlər yazırdılar. Səməd Vurğun şəxsən babası Şaumyanın intiqamını alaraq Çörçillə ziyafətdə əlbəyaxa olmuşdu. Əliağa Kürçaylı Kiplinqin qəbrinin üstünə getmiş, mərhumu çağırıb demişdi ki, “kişisən, çıx, danışaq…”

Bəxtiyar Vahabzadə Londona 1978-ci ildə gəlib. Londanda Vahabzadəni ən çox sarsıdan demokratiyanın çatışmazlığı olub. Bizim azərbaycanlıya da çörək vermə, su vermə, havasını al, ancaq demokratiyası olsun. Həm də 1978-ci ildə Sovet Azərbaycanında o qədər demokratiya vardı ki, insan Bakıdan Londona gedən kimi demokratiya azlığından təngnəfəs olurdu. Şəxsən özüm o demokratiyanı görmüşəm, yalan deyən…

Hə, Bəxtiyar Vahabzadə Londona gələn kimi restorana getmir, başqa pozğun şairlərimiz kimi striptiz kluba getmir, üz qoyur Hayd Parka. Görür ki, kefi istəyən çıxır kürsüyə, ürəyi nə istəyir, danışır, kimi istəyir, tənqid edir. Ancaq Bəxtiyar Vahabzadə hərif deyil, arifdir! Bəxtiyar Vahabzadə Leninlə bir kitablıq söhbət edib, onu aldatmaq olmaz!

“Bu parkdan kənarda, bağdan uzaqda

Dolaşır ölkəni müdhiş yalanlar.

Ancaq həqiqəti yalnız bu bağda

Deməyə iznin var, ixtiyarın var…”

Yəni Böyük Britaniyanı yalan bürüyüb! Doğrunu danışmağa millət, yəni Britaniya milləti qorxur!

Ah, demokratik Azərbaycan! Vaqif Bayatlı (Crakanlı) demiışkən, Xəzərbaycan!

Birdən ustadı Səməd Vurğunu yadına salır və Şaumyanın intiqamı yadına düşür:

Ölkələr dağıdıb qana batmısan…”

 Bəxtiyar  Vahabzadənin gözündən heç nə yayınmır:

“Parkın dövrəsində dəmir çəpər var,

 Haqq sözün önünü kəsir hasarlar…”

Ah, Şaumyanın qanını tökən ingilislər! Parka hasar çəkiblər! Azərbaycanda hasar görməyən şair buna necə dözər?!

Şair bu əzəmətli şeirinin sonunda ümid edir ki, Azərbaycanda olan demokratiya haçansa Britaniyaya da gəlib çıxar…

O qədər gülmüşəm ki, gözümdən yaş sel kimi axıb. Soğan soymaq yalandır…

Allah bu KQB-yə lənət eləsin. Bəxtiyar Vajhabzadəyə  səfərdən qabaq təlimat verəndə ondan Britaniyada ən qədim parlamentin olduğunu gizlədiblər! Ondan gozlədiblər ki, Britaniyada minlərlə qəzet çıxır, televiziya, radio dövlət nəzarətində deyil… Dövlətin heç televiziyası yoxdur!

KQB Bəxtiyar Vahabzadəyə başa salmayıb ki, Britaniyanın müstələkəsi olmuş Hindistanda dünyanın ən böyük demokratiyası yaranıb, hakimiyyət vaxtaşırı dəyişir, anqlo-sakson məhkəəsi işləyir…

KQB bunları bilə-bilə Bəxtiyar Vahabzadədən gizlədib…

Dağılasan, ay KQB, necə ki, dağılmışdın, Putin yenə səni bərpa elədi…

Ancaq Bəxtiyar Vahbzadənin şeiri çox gülməlidir. Hərçənd Hayd Parka yox, strip kluba getsəydi, bundan yaxışı şeir yazardı. Rəsul Rza kimi: “Məmələrin yerpənək…”

Oyununuz olsun, ay Azərbaycan sovet şairləri…

04. 01. 2019

Samara