POL VERLEN.  SƏN BÜTÜN QADINLARDA YAŞAYIRSAN

verlain-19

Tu vis en toutes les femmes

 

Bütün qadınlarda yaşadığından,
Bütün qadınlar da səndə cəmləşib,

Mənim ürəyimdə alışar hər eşq,

Və mənəm min alov diliylə yanan.

 

 

Gülüşün ya acı, mehriban ya da,

Gözlərin ya Stiks, ya Linyon ola,
Döşlərin  ya xırda, ya da ki, dolu —
Qəlbim onlarındır yenə dünyada.

 

 

Sənin saçlarına üzüm sürtülər

Saya ya qıvrılan, uzun ya qısa

Hər rəngdə, sinən də hələ açıqsa,

Sənin hər telində nəşə nə qədər!

 

 

İçərəm, doymaram dodaqlarından,

İncə də, ətli də olsalar onlar

Bu içkinin necə xumarlığı var,

Tanrı nəsə qatıb, həm də ki, şeytan!

 

 

Bütün qadınların təcəssümüsən,

Və mənəm beləcə səni çoxaldan,
Hər qadında sevən, sənsə yopladın,
Bütün məhəbbəti: o da ki, mənəm!

Fransızcadan tərcümə

04. 01. 2019

Samara

 

Реклама