POL VERLN. HƏMİŞƏKİNDƏN DƏ KASIBAM İNDİ

verlain-19

Je suis plus pauvre que jamais

Həmişəkindən də kasıbam indi,
Və kasıb yox məmim tək,

Ancaq boynun mənim, ağ əllərin də.
Və səndəki sevişmək
Məharəti yoxdur özgə qadında,
Qayğısız  və açıqsan,
Həm gecə, həm gündüz danışığın da,
Lütfün də ürək açan.

 

Gözəl gözlərindir mənim sərvətim,
Fil dişindən yaranma,

Sinəndir, görəndə dayanmaq çətin,

İstəyin qabağına.

Doyan və dincələn ehtiraslarım,

Canlanar yenə orda.

Təzə nəvazişlər yenə araram,

Canımda artar od da.

 

 

Gözəl gözlərindir mənim sərvətim.
Fil dişindən yaranma,

Sinəndir, görəndə dayanmaq çətin,

İstəyin qabağına.

Doyan və dincələn ehtiraslarım,

Canlanar yenə orda.

Təzə nəvazişlər yenə araram,

Canımda artar od da.

 

 

Şübhəsiz ki, mənə yox məhəbbətin,

Səni sevdiyim qədər.

Saysızdır, bilirəm, həm xəyanətin,
Nə də ölçüyə gələr.

Mənsə qəm yemirəm, varlığındadır,

Çünki bütün həyatım.
Qanımı coşduran duyğularım da,
Sənin hökmünə tabe.

 

Fransızcadan tərcümə

06-07. 01. 2019

Samara

Реклама