DALANDAR

DALANDAR.jpg

Yağmayıb belə bəlkə,
Bu yer-göy yaranandan.

Çatdırmır kürüməyə,

Daşımağa dalandar.

 

 

Pompey əsgəri kimi,

Çalışır cavan özbək.

Təbii fəlakəti,
Dəf eləyir təkbətək.

 

 

Qar altda çıxış-giriş,

Maşınları qar basır.

Dayanar gediş-gəliş,
Özbək kürək çalmasa.

 

 

Dalandar özü çoxdan,
Başdan ayağa qardır,
Qarı kürüyüb atan,
Sanki qaradamıdır.

 

 

Bit bazarından alıb —
Əyni-başı pis deyil.

İki gözləri qalıb,

Açıqda… sulu, qıyıq…

 

 

Bəlkə əndicanlıdır,
Bəlkə səmərqəndlidir.
Belə qarı dalandar,
Orda haçan görərdi.

 

 

Qastarbayter deyil ki,

Əsgərdir indi özbək.

Silahdır əlindəki,
İşləyir vuruşan tək.

 

 

Bir vaxt Napoleonu,
Yıxıb sürüyən bu qar,

Sarsıda bilməz onu –

Ondan çörək uman var!

 

 

Vurnuxur, düşünmədən,
Nədir bu, niyə yağır,

Mən kiməm və nədən,
Həyatım belə ağır…

10. 01. 2019

Samara

Реклама