POL VERLEN. GÖYÇƏKMİ, ƏSMƏRMİSƏN?

verlain-19

Es-tu brune ou blonde ?

 

Göyçəkmi, əsmərmisən?

Gözlərin nə rəng? Qara?

Mavi ya?

İşıqlı dərinliyə onlarda vurğunam mən.
Dalğalanan, dağılan saçlarına heyranam.

 

Acısan ya şirinsən?

Bəs ürəyin? Mum kimi?

Ya kinli?

Fərqi nə, təbiətə minnətdaram yenə mən,

Ürəyin həm qalibim,  ürəyin həm hakimim.

 

Sadiqsən əhd pozan ya?
Yox önəmi elə bir.

Elədir?

Mətləbimə çatmağa həmişə inadlıyam,

Gözəlliyin ən ümdə istəyimin rəhnidir.

 

Fransızcadan tərcümə

09. 01. 2019

Samara