RİTUAL

17 3

Yağır haçandan, batır

Bütün məhəllə qarda,

Bilmək olmur nə vaxtdır,
Səki harda, yol harda.

 

 

Tindən avtobus çıxıb,

Yönəlib məhəlləyə.

Təkərləri qar sıxır,
Qoymur irəliləyə.

 

 

Sürüşür, yolu yonur,

Dartınır, düşür gücə.

Rus avtopromunun,
Yaratdığı möcüzə.

 

 

Söyür, əlbəyaxadır,
Sürücü sükanıyla,

Maşınsa sözə baxmır,

Bir eşşək inadıyla.

 

 

Və nəriltisi birdən,
Ucalır mühərriyin,

Maşın qalxır yerindən,
Bitir qar əsirliyi.

 

 

Tüstü yayıb qar üstə,
Maşın tələsir indi,

Yaralı ya da xəstə,
Elə bil var içində.

 

 

Yox, bir az aralıda,
Binanın qabağında.

Tutqun üzlü adamlar,

Göyərirlər şaxtadan.

 

 

Az qala bir saat var

Gözlənilən maşındır.

Tabutu çıxarıblar,

Bitib vidalaşma da.

 

 

Tabutda yatanınsa,

Xəbəri yox dünyadan.
Dağıla, alt-üst ola,
Duran deyil yenə də.

 

 

Lap bilə qasırğadır,
Lap bilə yol çətindir —

O, son mənzilə gedir,
Qayğılar özgənindir.

 

17. 01. 19

Samara

Реклама