POL VERLEN.   DÜŞMƏN QÜSSƏ KİMİ MASKALANARAQ…

verlain-19

L’ennemi se déguise en l’Ennui

 

Düşmən Qüssə kimi maskalanaraq,
Deyir: “Nə var, nə yox zavallı kişi?”

Keçirəm, mən onu ələ salaraq.

Girir düşmən ya da Bədən cildinə

Deyir: “Bir arvadla düzələr işin”.

Mənsə baş qoşmuram məsləhətinə.

 

 

 

İşıqdan yaranma Mələyə hərdən,

Dönür düşmən deyir: “Şükr və dua,

Söyləməkdən özgə səy edirmisən
Səma Atamıza borc ödəyərək?

Sevgiin ölən günə qədər yaşarmı?”

Deyirəm: “Eləməz Ümid məni tərk”.

 

 

 

Məntiq sahəsində qoca qurd o da,
Tezliklə dilimi gödəltdi mənim,
Daha deyişməyə həvəs qalmadı.

Bilərək o kimdir fəqət, qorxaraq
Dünya işığını bir də görməyim,
Həqirlik istərəm Tanrıdan ancaq.

 

Fransızcadan tərcümə

26-27.01. 2019

Samara

Реклама