DAVİD SAMOYLOV:  “GECƏ YUXU GÖRDÜM, CANÜZƏN, AĞIR…”

David_Samoylov

             Мне снился сон. И в этом трудном сне

Gecə yuxu gördüm canüzən, ağır,

Atam ayaqyalın durub önümdə
Ağlayırdı, mənə deyirdi: “Oğul,

Gəldi bu zülmlər başına nədən?!

 

 

Qarğıdı taleyi, müharibəni,

Əvəz tələb etdi əzablarıma.

Deyirdim atama həqiranə mən:
 — Heç nədə günahı yoxdur onların.

 

 

 

Və gördüm. İkiqat anladım da mən,

Necə duracağam sənin önündə

Ürək dolu ağrı, ürək dolu kin…

Əziz oğlim! Məni yuxunda gör sən!

 

Ruscadan tərcümə

17.02. 2019

Samara