В деревне благодарен дому…
Kənddə minnətdaram ev-eşiyə mən
Dama minnətdaram, sobaya həm də.
Ulduzlar şam kimi sönəndə yeldən,
Ağaclar başını düzə əyəndə.
Kənddə minnətdaram sisəyə hətta,
Eləcə fitilə və kerosinə.
Xüsusən qasırğa guruldayanda,
Nərəsində dinən ayı səsinə.
Kənddə minnətdaram qonşularıma,
Qapını qoruyan köpəyimə də.
Xüsusən gecələr ay budaqların,
İçindən qıyqacı baxanda yerə.
Minnətdaram iti zəkaya kənddə,
Xeyirxah məktuba minnətdaram həm.
Şükür sevgisinə, hər şeyinə də,
Kəndin hər şeyinə mən şükürlüyəm.
Ruscadan tərcümə
19-20.02. 2019
Samara