RİÇARD UİLBER.  HADİSƏ          

richard _wilbur.jpg

Richard Wilbur

      An Event

Bir sıxma dən ovuca qayıdıb gələn sayaq

Həndəvərdə cəmləşən qara, xırdaca quşlar
Cənuba yollanırkən, elə bil əmr alaraq,
Göyün düz ortasında yığışır və ağzıbir

Razılığa gələrək qatarla uçuşurlar,

Doğma çöllər, meşələr beləcə tərk edilir.

 

 

Fərdilik deyilən şey nədir? Onlar hərlənir,
Göyün üzündə sərxoş barmaq izləri sayaq!
Surətləri ya mənim qəlbimdə möhürlənir,

Və onlar elə bil ki, tutulmaqdan çəkinir

Mənim gözümün hər bir qəribə baxışıyla,
Toru və qəfəsiylə ya da fikirlərimin,

 

 

 

Ucalır, səpələnir onlar, çaxnaşır səma
Dağıldıqca bu qatar, və gözdən uzaqlaşır,
Tək qalaraq hər biri, mən isə dayanmışam,
Çalışıram həkk edim yaddaşıma onları:

Sanki öz qatarına məni qoşur bu quşlar,

Alıb fikirlərimi aparır uzaqlara.

 

 

 

Quşlardan həm razıyam, özümdən həm də razı,
Yerə çəkdim onları və buraxdım havaya.

Sözün qüdrəti, həm də məğlubiyyəti sözün

Fənalığını cəhdin açar, çünki anında
Bir uçuşun hər insan anlayar ki, bu dünya,
Necə barışmaz və zidd baxışlardan yarandı.

1956

İngiliscədən tərcümə

21-22. 02. 2019

Samara

Реклама