NƏ PEYK, NƏ PLANETƏM…

Ulduz altda doğulan,
Ulduz ömürlülər var.

Beləsi gedən zaman,
Səmada ulduz ölər.

 

 

Kometa tək doğulan,

Meteor tək gedən var.

Gələr ulduz yoluyla,
Ulduz yolu yollanar.

 

 

 

Gəldim bulud altda mən,
Ulduzların yox çağı.

Nə peyk, nə planetəm,

Nə xırdaca çırağam.

 

 

Gedərəm, göy üzündə,
Bir ulduz da titrəməz,

Bu dünyanın gözündən,
Çəkilərəm titə tək.

 

24. 02. 2019

Samara