Richard Wilbur
Boy At The Window
Görüb qaradamı tək, qaranlıqda, soyuqda,
Pəncərə önündəki uşaq batıb qüssəyə,
Eşitdikcə ağlayır qıyyasını küləyin,
Bilir nalə və zülmət dolu gecə qabaqda.
Nəmli baxışı çətin yetişəcək ağbədən
Fiqur dayanan yerə, qətran gözüylə ordan
Qaradam baxır ona, necə qovulduğu an
Tanrının qəzəbiylə, baxdı cənnətə Adəm.
Qaradamsa razıdır vəziyyətindən, heç də,
İstəməz ki, içəri girə, əriyib ölə.
Uşağın göz yaşını görüb ancaq kövrəlir.
Donmuş sudan yapılıb, yaranıb özü hərçənd,
Qar gözünün birindən, qızışanda duyğudan,
Şıqnaq axıb süzülür yağış təmizliyiylə.
Onu təəssürlədən uşaq boylanır hələ,
Sevgi, hərarət, işıq, qorxu dolu dünyadan.
İngiliscədən tərcümə
02-04. 2019
Samara