ALEKSANDR BLOK. «YOX, MƏNİM QİSMƏTİM DEYİLSİNİZ SİZ…»

БЛОК

     Вы предназначены не мне…

 

Yox, mənim qismətim deyilsiniz siz,
Eləsə, yuxuma niyə girdiniz?

Bircə yuxu olur bütöv bir gecə,

Görür cəngavəri Xanım beləcə.

Beləcə yağını görür yaralı.
Yurdunu – yurdundan düşən aralı.

Kapitan yuxuda görür okean,
Qızın yuxusunda – çəhrayı duman.

Fəqət mən gördüyüm yuxu br ayrı,
Onun nə izahı, nə də təkrarı.
Onu görərəmsə yenidən əgər,
Damarda qan donar, ürəyim gedər..

Özüm də anlaya bilmirəm heç mən,

Gizli saxlamıram yuxumu nədən.

Sizə də mənim tək gərəksiz olan,
Sözlətri qoymaram fəqət məhv ola.

 

23 oktyabr 1920

Ruscadan tərcümə

11. 03. 2019

Samara

Реклама