ALEKSANDR BLOK. “CANIM RUSİYA, BİRGƏ CAN ÜZƏK YENƏDƏMİ?”

БЛОК

«Русь моя, жизнь моя, вместе ль нам маяться?…»

Canım Rusiya, birgə can üzək yenədəmi?

Çar və bir də ki, Sibir, Yermak, bir də ki, türmə!

Ayrılmağın, tövbənin vaxtı deyimi indi,

Azad qəlblərə sənin zülmətlərin gərəkmi?

 

 

Vardı bildiyin nəsə? İnanırdın Tanrıya?

Sənin nəğmələrindən hansı məna anlanar?

Çud[i] hoqqalar çıxardı, bataqlıqları Merya[ii],
Qurudaraq saldı qat[iii]lar  və verst dirəkli yollar…

 

 

Çaylarda qayıqları, şəhərləri qırırdın,

Gedib çatmadın ancaq müqəddəs Çarqrada

Çöllərə şahinləri, sonaları yayırdın,
Çöllərdən axıb elə toran qəldi qapqara.

 

 

Qara dənizdən dala, Ağ dənizdən o yana,

Gecənin zülmətində və gündüz işığında.
Baxır donuq lal üzlər, vəhşi kimi boylanır,

Od səpilir elə bil tatar baxışlarından.

 

 

Yurdunun, yatağının hər gecə üstündədir

Sakit, uzun qızartı, qayğı, təlaş oyadan.

Sən ey yuxulu ilğım, səndəki hikmət nədir?

Azad ruhumla bəlkə bu sənin oyunundur?

28 fevral 1910

Ruscadan tərcümə

12.03. 2019

Samara

[i] Çud – qədim rus dilində pribaltika və fin tayfalarının adı

[ii] Merya – Yuxarı Gjvoljyedə yaşamış qədim tayfanın adı

[iii] Qat – bataqlıqdan və qurunun su basmış hissəsindən tir döşəməklər çəkilən yol

Реклама