Как тяжко мертвецу среди людей…
Adamların içində ölüyə necə çətin,
Tanıtdırsın özünü. diri və ehtiraslı
Ancaq cəmiyyətə də əlac yox qatılmasan,
Gizlədib iş xətrinə səsini sümüklərin.
Dirilər yuxudadır. Tabutdan qalxır ölü
Gedir banka, senata, məhkəməyə də gedir.
Gecə nə qədər ağsa, kin qaradır o qədər,
Titrəyib cırıldayır lələklər təntənəli.
Məruzə hazırlayır səhərdən axşamacan,
Vəzifənin icrası, nəhayət, başa çatır
Dalını burcudur və ağzını marçıldadır,
Senatora abırsız lətifə danışınca.
Axşamdır. Yağan yağış laççığı sıçradaraq,
Palçığa yol gedəni, evləri, nə var qalan…
Başqa bir eybəcərə ölünüsə bu zaman
Taksomotor çatdırır can səsi çıxararaq.
Adamla dolu, böyük, çoxsütunlu salona,
Ölü tələsir. Onun əynində nəfis frak.
Qarşılayır üzündə şirin təbəssümüylə sarsaq
Sahibə öz əriylə, əri də ki, tay ona.
Məmur qulluğunda o, darıxmaqdan üzülüb,
Musiqi batırıbdır sümük şaqqıltısını.
Dostların əllərini o var gücüylə sıxır,
Diri göstərməlidir burda hökmən özünü!
Sütunun qabağında gözləşə bilir ancaq,
Rəfiqəsiylə — o da, önun kimi ölüdür.
Şərti-kübar nitqinə onlarıbn qulaq assaq,
Əsil, həqiqi sözlər eşidilə də bilir:
“Yorğun dostum, bu salon qəribə gəlir mənə” –
“Yorğun dostum, heç demə, əsil soyuq məzardır” –
“Gecə yarıdır artıq”. “Siz ki valsa NN-ni,
Dəvət eləmisiniz. Sizə vurrulmuş o da…”
Zaldasa NN artıq ehtiraslı baxışla,
Gəzib onu axtarır – həyəcanlanıb qanı.
Gözəllik var üzündə qızlığa məxsus onun,
Canlı sevgidən doğan fərəhindən alışır…
Qulağına önəmsiz nitqlər pıçıldayır,
Cazibəli, füsunkar bu sözlər dirilərə
Və görür ki, allanır zərif, incə çiyinlər
Başı düşdü çiyninə və necə əyilərək…
Adəti üzrə kübar kininin zəhərini,
Bura tanış olmayan kinlə yayıb dağıdır…
“Necə də ağıllıdır! Necə də sevir məni!”
Qadının qulağında yabançı bir səs dinir?
Sümüklər bir-birinə dəyərək şaqqıldayır.
19 fevral 1912
Ruscadan tərcümə
14.03. 2019, Samara